İcarəyə verilir 3 otaqlı yeni tikili 114 m², Gənclik m.
Gənclik metrosu yaxınlığında, yeni açılmış Gənclik Parkının düz qarşısında yerləşən prestijli yeni tikili binada (Xəzər MTK) 3 otaqlı, yüksək səviyyədə yeni təmirdən çıxmış və tam əşyalı mənzil kirayə verilir.
Mənzil xüsusi dizayn əsasında keyfiyyətli materiallarla təmir olunmuş və zövqlə seçilmiş xüsusi mebellərlə təmin edilmişdir. Bütün məişət texnikası və əşyalar yenidir, mənzildə hələ yaşayış olmayıb.
Binanın geniş və səliqəli həyəti, həmçinin birbaşa Gənclik Parkına çıxışı mövcuddur. Mənzil şəhərin ən rahat və prestijli ərazilərindən birində yerləşir. Ətrafında supermarketlər, restoranlar, parklar və digər iaşə obyektləri mövcuddur.
Rahat və komfortlu yaşayış axtaranlar üçün ideal seçimdir.
Ətraflı məlumat və baxış üçün WhatsApp və ya zəng vasitəsilə əlaqə saxlaya bilərsiniz.