İcarəyə verilir obyekt 600 m²
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol kənarında yerləşən 2 mərtəbəli obyekt icarəyə verilir. Obyektin ümumi sahəsi 600 kv.m-dir (hər mərtəbə 300 kv.m).
Birinci mərtəbə təmirsizdir, bu da icarəçiyə sahəni öz biznes fəaliyyətinə uyğun dizayn etmək imkanı verir. İkinci mərtəbədə isə təmir işlərinin 80%-i tamamlanıb.
Binanın konstruksiyası imkan verir ki, girişlər tamamilə ayrılsın. Bu səbəbdən mərtəbələri həm vahid bir obyekt kimi, həm də ayrı-ayrılıqda icarəyə götürmək mümkündür.
Prospekt üzərində yerləşməsi sayəsində obyekt yüksək görünürlüyə və müştəri axınına malikdir. Klinikalar, tədris mərkəzləri, böyük mağazalar və s. üçün ideal seçimdir.