Satılır torpaq 100 sot
Quba rayonu, Təngəaltı kəndində, füsunkar təbiəti və turizm potensialı ilə seçilən ərazidə yerləşən torpaq sahəsi satışa təqdim olunur. Sahə Vəlvələçayın kənarında, məşhur Afurca şəlaləsinə yaxın məsafədə, Qonaqkənd istiqamətinə gedən yolun üzərində və dağın döşündə yerləşir.
Ümumi sahəsi 1 hektar, relyefi düz və istifadəyə tam yararlı olan bu ərazi həm fərdi istirahət məkanı, həm turizm obyekti, həm də kommersiya yönümlü layihələr üçün olduqca əlverişlidir. Təmiz dağ havası, səs-küydən uzaq mühit və ilboyu turist axını olan bölgədə yerləşməsi investisiya dəyərini daha da artırır.
Sənədləşmə tam qaydasındadır – çıxarış (kupça) mövcuddur.
Ərazi yeni sahibinə geniş imkanlar yaradır. İstəyə uyğun olaraq burada istirahət kompleksi, kotteclər, butik otel, restoran və ya digər turizm yönümlü obyektlərin yaradılması üçün əraziyə uyğun peşəkar layihə planı da təqdim oluna bilər.
Qiymət: 150 000 AZN
Ofis haqqı: 1%