Tam qanuni 3-otaqlı kupçalı STALİNKA Proyektli mənzil satıram.
N.Nərimanov metro stansiyasından həqiqətən 200 metr məsafədə METROPARK Ticarət Mərkəzinin arxasında yerləşir. Elanlara baxıram, gah Xruşovkalar çıxır, gah Leninqradkalar, ya da 2-mərtəbəli və 4-mərtəbəli evlər. Camaat aldanır, və vaxtını itirir o evlərə baxmaqda. Həm də yalandan yazılır guya metronun yanında yerləşir, amma reallıqda çox uzaqdı metrodan.
Geniş həyəti, 200 metr məsafədə yeni təmirdən çıxmış PARK, şlaqbaumlu həyətə giriş-çıxışı, həyətdə uşaq bağçası, yaxın məsafədə məktəblər, yaxında METROPARK Ticarət mərkəzi, ARAZ və RAHAT marketlər , Restoranlar, Kafelər, Kofeşoplar mövcuddur.
Mənzilin 2 balkonu var, hər iki tərəfə baxır.
Su çəni var. Otaqların hündürlüyü 3.4metr
Çölə baxan tərəfdə 35 kvadrat metr otaq tikməyə şərait var, həm üst həm yan qonşular tikiblər , divarlar hazırdı.
Istilik sistemi KOMBI.
Kirayə neçə ildi 1100azn verilirdi. Evi satışa çıxardığım üçün kirayəçiləri çıxardtdım, ki evə rahat qaydada müştəri baxa bilsin.
Evin sahibi özüməm.
Vasitəçiyə 1% əziyyət haqqı verməyə hazıram.